7 iyun 2025 at 17:07
Jurnalist kodu: 5561
Xəbər kodu: 85854719
T T
0 Persons
İran sionist rejimə qarşı ən mühüm kəşfiyyat əməliyyatlardan birini ifşa etdi

Məlumatlı mənbələrin bildirdiyinə görə, İranın Təhlükəsizlik qurumları sionist rejimin minlərlə strateji və həssas sənədinə, o cümlədən nüvə layihələri və obyektlərinə aid sənədlərə çıxış əldə edib.

Mənbələr deyib ki, bu əməliyyat bir müddət əvvəl həyata keçirilib, amma sənədlərin çoxluğu və onların təhlükəsiz şəkildə ölkəyə gətirilməsi zərurəti səbəbindən xəbərlər yayılmayıb, ta ki bütün materiallar qorunan məkanlara çatdırılsın.

Radio və Televiziya (Səda və Sima) xəbər agentliyinə danışan mənbələr əlavə ediblər ki, sənədlərin miqdarı o qədər çoxdur ki, yalnız onları araşdırmaq və şəkil-videolara baxmaq belə çox vaxt aparır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .